DÇ-2018: Səbətlər bəlli oldu

  Bölmə: Xarici futbol | 1144 | 16:31 16-11-2017
DÇ-2018: Səbətlər bəlli oldu

DÇ-2018-in bütün iştirakçıları məlum olub. Artıq gələn il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların püşkatmada hansı səbətdə yer alacağı da müəyyənləşib. 

Dekabrın 1-də Moskvada keçiriləcək püşkatma öncəsi 32 komanda 4 səbətə bölünüb.

1-ci səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa 

2-ci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya

3-cü səbət: Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal, İran

4-cü səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Xatırladaq ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.


Digər xəbərlər