"Keşlə" ölkə hüdudlarını tərk etməyəcək - Zaur Axundov əsaslandırdı

  Bölmə: Ölkə futbolu | 4175 | 16:38 16-11-2017
"Keşlə" ölkə hüdudlarını tərk etməyəcək - Zaur Axundov əsaslandırdı

Topaz Premyer Liqasında yaranacaq qış fasiləsində "Keşlə"nin hazırlıq planlarına aydınlıq gəlib. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov dövrələrarası fasilədə təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaqlarını bildirib.

O, qış hazırlıqlarını Bakıda keçirməyi planlaşdırdıqlarını söyləyib: "Azərbaycandan kənarda hazırlıq keçməyimiz nəzərdə tutulmayıb.Toplanışı öz bazamızda təşkil edəcəyik. Bunun üçün hər cür şəraitimiz var. Baxışa çağırdığımız yeni futbolçular da Bakıya gələcək. Əsas odur ki, bizə lazım olan futbolçuları cəlb edə bilək. Təbii ki, fasilə müddətində bir neçə yoxlama oyunu keçirəcəyik. Rəqiblər yerli klublar olacaq". 


Digər xəbərlər