Şahin Diniyev istefa verdi: "Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm"

  Bölmə: Ölkə futbolu | 4368 | 17:22 18-11-2017
Şahin Diniyev istefa verdi: "Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm"

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev istefa verib. Təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirlən mətbuat konfransında bildirib. O, istefa ərizəsini artıq təqdim etdiyini bildirib: "İstefa ərizəmi artıq İslam Ababsova təqdim etmişəm. İstefamın "Kəpəz" ətrafında baş verənlərlə bağlı deyil. Gəlin, bu hadisəni siyasiləşdirməyək. Komanda sonuncu yerdədir. Bu gün qalib gəlmək istərdik. Ancaq alınmadı. İstefa vermək də bir mədəniyyətdir.Bunu etmək üçün özündə güc tapmaq lazımdı. Mən də bunu edirəm və bu gündən "Kəpəz"in baş məşqçisi deyiləm. Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm".


Digər xəbərlər