Konte Bakıya uzun yolçuluqdan narahatdı: “Qarabağ”la matçımız mövsümün ən vacib oyunu olacaq"

  Bölmə: Xarici futbol | 4228 | 22:15 19-11-2017
Konte Bakıya uzun yolçuluqdan narahatdı: “Qarabağ”la matçımız mövsümün ən vacib oyunu olacaq"

Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte açıqlama verib. Italiyalı mütəxəssis təmsilçimizlə oyunu mövsümün ən vacib matçı adlandırıb: “Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Qələbə qazanacağımız halda biz ÇL-də 1/8 finala çıxacağıq. İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.

Qeyd edək ki, sözügedən oyun noyabrın 22-i saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək. (qafqazinfo.az)


Digər xəbərlər