Tahir Gözəl üçün "Çelsi" ilə oyun çox vacibdi: "Nəticə nə olursa-olsun, möhtəşəm oyun gözləyirəm"

“Mənim üçün “Çelsi” ilə oyun çox vacibdi". Bu sözləri açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib. Çempionlar Liqasının qrup mərhələsinin V turunda sabah “Çelsi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayan T. Gözəl komandasından gözəl oyun gözlədiyini vurğulayıb: “Çox ağır qrupa düşmüşük. Rəqiblərimiz milyardlıq komandalardır. Heyətində dünyanın məşhur futbolçuları var. “Çelsi”yə ilk oyundakı böyükhesablı məğlubiyyəti kənara qoyaq. Londonda oyunumuz alınmadı. “Qarabağ” topa nəzarəti itirmişdi. Bakıda isə möhtəşəm azarkeş dəstəyi ilə “Roma” və “Atletiko”ya qarşı keçirdiyimiz gözəl oyunları “Çelsi” ilə matçda da görmək istəyirəm. Nəticə nə olursa-olsun, “Qarabağ”ın möhtəşəm oyun göstərəcəyinə ümid edirəm”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu sabah saat 21:00-da başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyunda Ağdam klubu 0:6 hesabı ilə uduzub. (qol.az)
-
AFFA Həmkarlar İttifaqı 1 aydır ki, Rövnəq Abdullayevdən cavab gözləyir
...
-
Azərbaycanda danışılmış oyunlarda iştirak edən şəxslərin adları açıqlanıb-SİYAHI
...
-
Yurçeviç istefaya göndərilib
...
-
AFFA Həmkarlar İttifaqı (AFFA Hİ) Şirvanda yerli təşkilat yaradıb
...
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" öz meydanında "Keşlə" ni məğlub edə bilmədi
...
-
Lənkəranda futbol ictimaiyyəti həmkarlar təşkilatı yaradıb
...
-
Azərbaycan Premyer Liqası: "Sabah" xorvatiyalı yeni baş məşqçisi ilə ilk məğlubiyyətini aldı
...
-
"Neftçi" nin futbol veteranı dünyasını dəyişib
...
-
Azərbaycan Premyer Liqası: "Keşlə" doğma meydanda "Sumqayıt" ı məğlub edib
...
-
Elxan Məmmədovu artıq "Qarabağ"da xilas edə bilmir - YAZI
...