Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

  Bölmə: Maqazin | 4633 | 12:07 23-11-2017
Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

Bakıda səfərdə olan Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb. Türk mütəxəssis həmkarına Pepenin imzalı formasını hədiyyə edib. Qurban Qurbanov da ona "Qarabağ"ın formasını bağışlayıb.

Qeyd edək ki, "Beşiktaş"ın ötən gün Bakıya gəlib və Çempionlar Liqasının "Qarabağ" - "Çelsi" oyununu canlı izləyib. Buna Bakı Olimpiya Stadionunun bir gün öncə gecə saatlarında "ağ-qara” rəngə bürünməsi və "Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsi səbəb olub. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, "Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olub.


Digər xəbərlər