Qurban Qurbanov: "Çoxdan idi belə gərgin oyunumuz olmurdu"

  Bölmə: Ölkə futbolu | 7503 | 22:28 26-11-2017
Qurban Qurbanov: "Çoxdan idi belə gərgin oyunumuz olmurdu"

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Zirə” – “Qarabağ” matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis nəticədən razı qaldığını gizlətmədi.

-    Çətin və maraqlı oyun oldu. Çox gərgin oyun getdi. “Zirə”nin futbolçularını sonadək mübarizə apardıqlarına görə təbrik edirəm. Ayxan Abbasovu da təbrik edirəm, çox yaxşı komanda qurub. Çoxdan idi belə gərgin oyunumuz olmurdu.

-    Mahir Mədətov qol vurduqdan sonra Rəşad Sadıqov da, Siz də gənc futbolçunuza nəsə dediniz....
-    Sarı vərəqəsi var idi, dedik kiŞ ehtiyatlı olsun.

-    Ansi Aqolli son əvəzetmədən sonra zədələndi? 
-    Bəli, azacıq sonra zəfdə aldı və biz də onu göndərdik irəliyə.


Digər xəbərlər