"Kəpəz" yenə darmadağın oldu

  Bölmə: Ölkə futbolu | 6210 | 16:30 02-12-2017
"Kəpəz" yenə darmadağın oldu

Bu gün Topaz Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib. Cempionatın aşkar autsayder “Kəpəz” Gəncədə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt”ı qəbul edib.


Meydan sahibləri Yunis Hüseynovun rəhbərliyi altında çempionatda ikinci oyununda da evdə darmadağın olunub. "Qəbələ"yə Gəncədə 1:6 hesabıyla uduzan "Kəpəz" bu dəfə 3 cavabsız qolla yenilib. "Sumqayıt" isə qış fasiəsinə 4-cü pillədə yollanmasını demək olar həll edib.


Qeyd edək ki, turun ilk oyun günündə “Qarabağ” “Neftçi”yə qalib gəlib – 1:0.


Topaz Premyer Liqası
2 dekabr

14-cü tur


“Kəpəz” - “Sumqayıt” 0:3 

QOLLAR: Bəxtiyar Həsənalızadə, 21, Cavid İmamverdiyev, 60, 68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rahil Ramazanov.
Gəncə şəhər stadionu.


“Kəpəz”: 1. Davud Kərimi, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 20. Samba Dialo, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 11. Kamran Abdullazadə, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 19. Aydın Qasımov, 16. Azər Məmmədov, 26. Ba Mansur Aladji, 7. Sergey Çernişev, 6. Ceyhun Cavadov, 17. Əli Səmədov, 2. Yusif Cəfərov, 15. Azad Kərimov.
Baş məşqçi: Yunis Hüseynov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.


Turun qalan oyunları sabah keçiriləcək: 16:00. “Qəbələ” - “Keşlə”, 18:30. “Səbail” - “Zirə”.


Digər xəbərlər