Taekvondoçularımız Dünya Oyunlarında 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandı

  Bölmə: Digər növlər | 974 | 20:46 05-12-2017
Taekvondoçularımız Dünya Oyunlarında 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandı

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatıb. Portuqaliyada təşkil edilən IWAS versiyası üzrə fiziki qüsurluların 2017-ci il Dünya Oyunlarının son günü qadınlar arsında mübarizəyə qoşulan Röyalə Fətəliyeva (-49 kq, K44) yarımfinalda məğlub olaraq yarışın bürünc medalına sahib olub. Digər qadın taekvondoçu Aynur Məmmədova (+58 kq, K44) isə ilk döyüşündə məğlub olaraq yarışı erkən başa vurub.

Beləliklə, fiziki qüsurluların Dünya Oyunlarında 12 idmançı ilə təmsil olunan para-taekvondo milli yığma komandamız aktivinə bir qızıl, bir gümüş və üç bürünc medal əlavə edib.

Xatırladaq ki, ilk yarış günü Nicat Müslümov 75 kq çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (-75 kq) və 75 yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülmüşdür. Baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun yetirmələri komanda hesabında İran və Türkiyə komandasından sonra üçüncü yerdə qərarlaşıb.


Digər xəbərlər