Azərbaycan Super Liqasının püşkü atıldı, başlanma vaxtı açıqlandı

  Bölmə: Digər növlər | 358 | 20:50 05-12-2017
Azərbaycan Super Liqasının püşkü atıldı, başlanma vaxtı açıqlandı

Azərbaycan Futnet Federasiyasının inzibati binasında qurum rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə futtennis üzrə ilk Azərbaycan Super Liqasının püşkatma mərasimi keçirilib. Federasiyanın I vitse-prezidenti Samir Məmmədov tədbiri açıq elan etdikdən sonra klub rəsmiləri çempionatın reqlamenti ilə tanış olaraq, onları maraqlandıran suallara cavab tapıblar. Qonaqlara Super Liqanın rəsmi loqotipi də nümayiş etdirilib. 

12 klubun mübarizə aparacağı ilk ölkə çempionatına dekabrın 12-də start veriləcək. Komandalar A və B qruplarında mübarizə aparacaq. İlk turda A qrupunun qarşılaşmaları oynanacaq. B qrupunda ilk turun matçları dekabrın 14-ə təsadüf edəcək. Super Liqanın bütün görüşləri "Marafon" İdman Klubunun idman zalında baş tutacaq.

Hər qrupda ən çox xal toplayan 4 komanda çempionatın 1/4 final mərhələsinə yüksələcək. Bu mərhələdən etibarən komandalar olimpiya sistemi üzrə birincilik uğrunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, toplantıdan sonra klub rəsmiləri idman zalında oyun qaydaları ilə yaxından tanış olublar. 

Futtennis üzrə Azərbaycan Super Liqası 

A qrupu

Xilə

Atletiko Bakı

Yasamal 

Nur 

Marafon

Yeni Günəşli

 

B qrupu 

Şuşa-2017

Xəmsəfan Gəncə 

Meqa 

Zülfüqar 

Neftçi İK

Veteranlar

I tur

A qrupu
12 dekabr, saat 15:00

Xilə - Yeni Günəşli
Atletiko Bakı - Marafon
Yasamal - Nur

B qrupu

14 dekabr, saat 15:00
Şuşa-2017 - Veteranlar
Xəmsəfan Gəncə - Neftçi
Meqa - Zülfüqar


Digər xəbərlər