Muarem Muaremin yeni klubu məlumdu

  Bölmə: Xarici futbol | 664 | 23:01 12-12-2017
Muarem Muaremin yeni klubu məlumdu

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin yeni klubunun adı məlum olub.

  Qazaxıstanın "Aktobe" klubundan ayrılan makedoniyalı futbolçu karyerasını Albaniyada davam etdirəcək.

29 yaşlı yarımmüdafiəçi "Flamutari" klubu ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"da çıxış edən Muarem bu ilin yayında “Aktobe”yə keçmişdi.


Digər xəbərlər