İlk 1/4 finalçılar bəlli olur

  Bölmə: Ölkə futbolu | 52 | 12:23 14-12-2017
İlk 1/4 finalçılar bəlli olur

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” səfərdə 2 cavabsız qolla uduzduğu “Keşlə” ilə bu dəfə Gəncədə üz-üzə gələcək. Yunis Hüseynovun çalışdırdığı kollektivin mərhələ adlamaq şansı çox az görünsə də, əyalət klubu möcüzəyə imza atmağa ümid edir.

Günün digər oyunu Bakıda keçiriləcək. Burada “Neftçi” “Zirə”ni qəbul edəcək. Tərlan Əhmədovun yetirmələri səfərdə minimal hesabla uduzduqları zirəliləri doğma meydanda yenməklə mərhələ adlamağa çalışacaq. Ayxan Abbasovun komandası isə üstünlüyü qorumaq niyyətindədi.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları

14 dekabr (cümə axşamı)
 
“Kəpəz” - “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu, 13:00.

“Neftçi” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov.
Bakı. “Bakcell Arena”, 19:00.


Digər xəbərlər