"Keşlə" ilk yarımfinalçı oldu

  Bölmə: Ölkə futbolu | 3365 | 23:59 14-12-2017
"Keşlə" ilk yarımfinalçı oldu

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. “Kəpəz” doğma meydanda ilk matçda 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edib. Matç yenə də paytaxt klubunun qələbəsi ilə başa çatıb.

“Kəpəz” - “Keşlə” 2:3

Qollar: Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)

İlk oyun - 0:2

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə

Gəncə şəhər stadionu

Yekunda nəticədə 5:2 hesabı ilə qalib gələn “Keşlə” yarımfinalda “Sumqayıt” - “Qarabağ” cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. 


Digər xəbərlər