Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşib

  Bölmə: Cüdo | 2940 | 00:12 28-12-2017
Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşib

 Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir.

Yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

73 kq çəki dərəcəsində Kənan Quluzadə, 81 kq çəki dərəcəsində Fəqan Quluzadə və 90 kq çəki dərəcəsində Əbdülhəqq Rəsullu Azərbaycan çempionu adına layiq görülüblər.

Sabah 100 kq, +100 kq çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qalibləri bilinəcək.

Respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.

Kişilər
  73 kq       81 kq  
1. Kənan Quluzadə Judo 2012   1. Fəqan Quluzadə Atilla
2. Paşa Əliyev Atilla   2. Coşqun Abdullayev Neftçi
3. İlqar Müşkiyev Sərhədçi OİK   3. Hüseyn Rəhimli MOK
3. Telman Vəliyev Neftçi   3. Afiq Səfərli Judo 2012
             
  90 kq          
1. Əbdülhəqq Rəsullu Neftçi        
2. Tural Səfquliyev Neftçi        
3. Rüfət İsmayılov Qəbələ        
3. Qurban Qurbanov Atilla      

Digər xəbərlər