“Qəbələ” “Akhisar Bələdiyyəspor”la bərabərə qaldı

  Bölmə: Ölkə futbolu | 2008 | 18:30 11-01-2018
“Qəbələ” “Akhisar Bələdiyyəspor”la bərabərə qaldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində keçirilən qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olub.

Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

“Qəbələ”  - “Akhisar Bələdiyyəspor” 1:1

Qollar: Serjinyo, 17 (0:1), Ozobiç, 57 (1:1)

Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası


Digər xəbərlər