“Qarabağ” ilk “100-lük”də

  Bölmə: Ölkə futbolu | 2167 | 10:27 17-01-2018
“Qarabağ” ilk “100-lük”də
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyada 2017-ci ilin ən yaxşı klublarını açıqlayıb.
 
Siyahıda 402 komandanın adı yer alıb. Bu siyahıda Azərbaycan 3 klubla təmsil olunub.
 
"Qarabağ", "Zirə", "Qəbələ" ən yaxşı klublar sırasına daxil ola bilib. "Qarabağ" 136 xalla 93-cü pillədə qərarlaşıb. Komanda 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. "Zirə” 72 xalla 296-cı pillədə qərarlaşıb.
 
"Qəbələ” isə 65 xalla siyahıda 353-cüdür. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 1 il əvvəlki illə müqayisədə 255 pillə geriləyib.
 
Qeyd edək ki, siyahıya 328 xalla İspaniyanın "Real Madrid” klubu başçılıq edir. Braziliyanın "Qremio” klubu 286 xalla 2-ci, İngiltərənin  "Mançester Yunayted” klubu isə 284 xalla 3-cüdür.

Digər xəbərlər