Avropa çempionatı CBC Sport-da

  Bölmə: Ölkə futbolu | 4439 | 16:07 20-01-2018
Avropa çempionatı CBC Sport-da
Yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək və Azərbaycan milli komandasının da iştirak edəcəyi futzal üzrə Avropa çempionatını yayımlayacaq telekanal müəyyənləşib.
 
Bu hüquqa CBC Sport yiyələnib. Telekanal yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunları deyil, çempionatın bütün qarşılaşmalarını yayımlamaq hüququna sahib çıxıb. Buna görə də CBC Sport hər bir oyunları ekrana gətirməyi düşünür.
 
Qeyd edək ki, çempionata fevralın 10-da yekun vurulacaq. 

Digər xəbərlər