Yeni qaydalarla bağlı seminar

  Bölmə: Cüdo | 2443 | 00:45 24-01-2018
Yeni qaydalarla bağlı seminar
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov yeni qaydalarla cüdoçuları məlumatlandırmaq üçün Bakıda seminar keçirib.
 
ACF-in Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında hər iki mütəxəssis cüdonun yeni qayda və qanunlarının tətbiqini əyani şəkildə göstərib. Qəbul edilmiş yeni qaydalar cüdoçulara ətraflı izah edilib.
 
Qeyd edək ki, Fariz Hüseynov və Tərlan Poladov ötən həftə Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün keçirilən beynəlxalq seminarda iştirak ediblər.

Digər xəbərlər