5 ölkənin yığması Bakıda

  Bölmə: Cüdo | 3329 | 20:26 24-01-2018
5 ölkənin yığması Bakıda
Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstanın cüdo yığmaları təlim-məşq toplanışı keçmək üçün Bakıya gəliblər.
 
Sözügedən ölkələrin idmançıları Azərbaycan millisinin üzvləri ilə birgə Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq keçirlər.
 
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 26-dək baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında toplanış keçəcək. Yığma üzvləri Fransanın paytaxtı Parisdə (10-11 fevral) və Almaniyanın Düsseldorf şəhərində (23-25 fevral) keçiriləcək "Böyük Dəbilqə” turnirinə hazırlaşırlar.

Digər xəbərlər