İdmançımız dünya kubokunun 1/32 finalında

  Bölmə: Olimpiya Növləri | 356 | 18:13 26-01-2018
İdmançımız dünya kubokunun 1/32 finalında
Almaniyanın Haydenhaym şəhərində 317 nəfər idmançının qatıldığı qılıncoynatma üzrə kişilərin Dünya Kuboku yarışına start verilib.
 
Şpaqaçımız Kənan Əliyev həmin yarışa uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran həmyerlimiz macarıstanlı, belçikalı, isveçrəli, kolumbiyalı, avstriyalı və venesuelalı rəqiblərini məğlub edərək qrupu lider tamamlayıb.
 
Bu nəticə idmançımıza 1/32 finala vəsiqə qazandırıb. Bu mərhələnin görüşləri yanvarın 26-da keçiriəcək.

Digər xəbərlər