Azərbaycan çempionatı: 1/8 finallar bitdi

  Bölmə: Olimpiya Növləri | 44 | 11:39 29-01-2018
Azərbaycan çempionatı: 1/8 finallar bitdi
Kişi boksçular arasında Azərbaycan çempionatında III günün döyüşləri başa çatıb.
 
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 39 komandanın qatıldığı yarışda bu gün 32 qarşılaşma keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.
 
49 kq və 91 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52 kq, 64 kq, 69 kq və 75 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Döyüşlərin çoxunda qaliblər aşkar üstünlüklə müəyyənləşib.
 
Bu gün - çempionatın IV günündə isə 8 çəki dərəcəsi üzrə 32 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.
 
Azərbaycan çempionatı
III günün nəticələri
 
49 kq
Yadigar Əliyev ("Gilan" İK) - Orxan Süleymanov ("Qızıl Əlcək" İK) - 0:5
Elnur Muradov ("Gömrükçü" İK) - Araz İmaməliyev ("Gilan" İK) - 0:5
 
52 kq
Qoşqar Səfərli (DİN) - Abdurəhman Şirinov ("Rabitə" İK) - 4:1
Nadir Əhmədov (Tovuz) - Məsud Maqsudov (MOİK) - ikinci tam üstünlüklə qalib gəlib
 
Elçin Bayramov ("Qızıl Əlcək" İK) - Nurlan Kərimli ("Sədərək" İK) - 4:1
Kamran Malikov ("Neftçi" İK) - Ramazan Abdullayev (Balakən) - 2:3
 
64 kq
İman Əhmədli ("Orion" İK) - Zabex Şomiyev (Masallı) - ikinci diskvalifikasiya olunub
Mirasif Hadızadə (Astara) - Elnur Əliyev (DİN) - birinci döyüşün davam etdirilməsindən imtina edib
 
Xanbala Qurbanov ("Gilan" İK) - Fərid Ağamoğlanov ("Qəbələ" İK) - birinci döyüşün davam etdirilməsindən imtina edib
Ramiq Allahverdiyev ("Qızıl Əlcək" İK) - Malik Həsənov ("Gilan" İK) - ikinci tam üstünlüklə qalib gəlib
 
Bəxtiyar Qazıbəyov ("Rabitə" İK) - Rəsul Əsgərov ("Zenit" İC) - 5:0
Sərxan Əhmədov ("Sədərək" İK) - Elməddin İsmayılov ("Rabitə" İK) - 0:5
 
Elvin Abbasov (Mingəçevir) - Emil Əliyev ("Qəbələ" İK) - ikinci tam üstünlüklə qalib gəlib
Tural Abbasov ("Gömrükçü" İK) - Elvin İsayev ("Gilan" İK) - ikinci tam üstünlüklə qalib gəlib
 
69 kq
Fərid Qəribov ("Qızıl Əlcək" İK) - Xəyyam Məmmədov - birinci tam üstünlüklə qalib gəlib
Nicat Məmmədov ("Qızıl Əlcək" İK) - Kamran Babayev ("Sədərək" İK) - 5:0
 
Roman Zakirov ("Qəbələ" İK) - Orxan Xasməmmədov (DİN) - 5:0
Kamran Qəhrəmanlı (DİN) - Şirxan Məmmədov ("Neftçi" İK) - 5:0
 
Xəzər Əliyev ("Kür" İK) - Ariz Abbasov (Mingəçevir) - birinci tam üstünlüklə qalib gəlib
Səməd Həsənzadə (Sabirabad) - Əlyar İbrahimov (Gəncə) - birinci tam üstünlüklə qalib gəlib
 
Zahir Məlikov ("Neftçi" İK) - Tural Hüseynov ("Sərhədçi" İK) - birinci tam üstünlüklə qalib gəlib
Tural Musayev (Tovuz) - Elnur Süleymanov ("Gilan" İK) - həkim döyüşün davam etdirilməsinə icazə verməyib, ikinci qalib gəlib
 
75 kq
İsmayıl Hüseynov ("Rabitə" İK) - Mehman Ağakişiyev (Sumqayıt) - birinci tam üstünlüklə qalib gəlib
Elmar Babayev (MOİK) - Zaur Bağırov (Salyan) - 0:5
 
Talıb Talıblı ("Qəbələ" İK) - Bəşir Kazımov (Astara) - 4:1
Fərid Qasımzadə ("Rabitə" İK) - Ülvi Eyyubov ("Gömrükçü" İK) - 5:0
 
Tural Useynov ("Səbail" İK) - Rasim Çobanlı ("Gömrükçü" İK) - 0:5
İnqilab Məmmədli ("Rabitə" İK) - Hidayət Musayev ("Kür" İK) - 0:5
 
Şahin Musayev ("Neftçi" İK) - Məhəmməd Ömərov (Balakən) - ikinci tam üstünlüklə qalib gəlib
Elvin Axundzadə (DİN) - Elvin Qəmbərov (MOİK) - 1:4
 
91 kq
Rahil Məmmədli ("Qəbələ" İK) - Hüseyn Qasımov ("Rabitə" İK) - 5:0
Gülhüseyn Ağazadə (DİN) - Zəfər Ağamalıyev (Naxçıvan) - birinci tam üstünlüklə qalib gəlib

Digər xəbərlər