Azərbaycanın ən güclü boksçuları müəyyənləşdi

  Bölmə: Olimpiya Növləri | 36 | 00:05 01-02-2018
Azərbaycanın ən güclü boksçuları müəyyənləşdi
Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.
 
Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
 
Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Hidayət Musayev (75 kq), Eldar Quliyev (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Gənclər millisindən böyüklərə yeni keçən Abdullayev, həmçinin yarışın ən yaxşı boksçusu seçilib.

Digər xəbərlər