Azərbaycandakı keçmiş səfir "Qalatasaray"dan qovulur

  Bölmə: Xarici futbol | 30 | 20:50 06-02-2018
Azərbaycandakı keçmiş səfir "Qalatasaray"dan qovulur
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ahmet Ünal Çeviköz "Qalatasaray" klubunun ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti vəzifəsini tərk edə bilər. 
 
Buna səbəb Çeviközün klub prezidenti Mustafa Cengizin xəbəri olmadan CHP Partiya Məclisinə seçilməsidir. Bundan narazı qalan Cengiz keçmiş səfirdən ya klub rəsmisi, ya da siyasətçi kimi davam etməsini istəyib. Daha sonra o, vitse-prezidentdən istefa verməsini tələb edib. 
 
Qeyd edək ki, Ahmet Ünal Çeviköz yanvarın 20-də "Qalatasaray"ın prezidenti seçilən Mustafa Cengizin siyahısında yer alıb. Daha sonra o, klubun vitse-prezidenti təyin olunub. Çeviköz 2001 - 2004-cü illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. 

Digər xəbərlər