Avropa çempionatı: İlk yarımfinalçı məlum oldu

  Bölmə: Xarici futbol | 535 | 20:51 06-02-2018
Avropa çempionatı: İlk yarımfinalçı məlum oldu
Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatında ilk yarımfinalçı müəyyənləşib. Bu, Qazaxıstan yığmasıdır. 
 
Kakaunun baş məşqçi olduğu komanda 1/4 finalda Serbiyanı mübarizədən kənarlaşdırıb - 3:1. Yarımfinalda Qazaxıstanın rəqibi fevralın 6-da müəyyənləşəcək. Rəqib isə İspaniya - Ukrayna cütünün qalibi olacaq. 
 
Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində Rusiya Sloveniyanı, Azərbaycan isə Portuqaliyanı sınağa çəkəcək. Bu görüşlərin qalibləri yarımfinalda bir-biriləri ilə üz-üzə gələcək.  

Digər xəbərlər