Məşhur futbolçu baş məşqçi təyin olundu

  Bölmə: Xarici futbol | 143 | 20:51 06-02-2018
Məşhur futbolçu baş məşqçi təyin olundu
İspaniyanın "Deportivo" klubunun baş məşqçi postuna yeni təyinat olub.
 
Bu vəzifə ötən illərin məşhur hollandiyalı futbolçusu Klarens Zeedorfa həvalə olunub. "Milan"ın keçmiş oyunçusu və baş məşqçisi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Zeedorf bu postda Kristobal Parralonu əvəz edib.
 
41 yaşlı mütəxəssisin əvvəlki iş yeri Çinin "Şençjen" klubu olub. La-Korunya klubu 22 turdan sonra İspaniya çempionatında 18-ci yerdə qərarlaşıb.

Digər xəbərlər