"Kəpəz" "Neftçi" üçün başladı

  Bölmə: Ölkə futbolu | 394 | 20:52 06-02-2018
"Kəpəz" "Neftçi" üçün başladı
Türkiyə toplanışından qayıtdıqdan sonra iki gün istirahət edən "Kəpəz”in əsas komandasının üzvləri Bakıda məşqlərə başlayıblar.
 
Komanda üzvləri Bakı Olimpiya Stadionunun (BOS) yardımçı meydanında çempionatın XV turunda qarşılaşacağı "Neftçi” ilə oyunun hazırlıqlarına start verib. "Sarı-göylər” fevralın 9-na kimi BOS-da hazırlıq keçəcək. Gəncə klubunun oyundan öncəki son məşqi isə görüşün keçiriləcəyi stadionda olacaq.
 
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçının fevralın 11-də "Bakcell Arena"da təşkili nəzərdə tutulub.  

Digər xəbərlər