TPL: İlk turun proqramı

  Bölmə: Ölkə futbolu | 264 | 20:56 06-02-2018
TPL: İlk turun proqramı
Topaz Premyer Liqasında XV turun proqramı müəyyənləşib. Qış fasiləsindən sonra ilk turun açılış oyunu fevralın 10-da saat 16:00-da olacaq.
 
Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Sumqayıt" üz-üzə gələcək. Saat 19:00-da turun mərkəzi görüşündə "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq. Qarşılaşma "Azərsun Arena"da təşkil ediləcək.
 
Daha 2 oyun ertəsi gün nəzərdə tutulub. Fevralın 11-də saat 15:00-da "İnter Arena"da "Keşlə" - "Səbail" matçı start götürəcək. Turun son oyunu isə saat 17:30-da "Bakcell Arena"da "Neftçi" ilə "Kəpəz" arasında keçiriləcək. 
 
Qeyd edək ki, məlumatı Peşəkar Futbol Liqası da təsdiqləyib.(sportnet)

Digər xəbərlər