Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı

  Bölmə: Digər növlər | 232 | 23:02 07-02-2018
Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb.
 
Mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, və digər şəxslər iştirak ediblər.
 
Fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarına qatılacaq.
 
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.
 
Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı

Digər xəbərlər