"Yuventus" qələbə ilə zirvədə - VİDEO

  Bölmə: Xarici futbol | 249 | 09:10 10-02-2018
"Yuventus" qələbə ilə zirvədə - VİDEO
İtaliya A Seriasının 24-cü turunun açılış matçında "Yuventus" səfərdə "Fiorentina" ilə üz-üzə gəlib.
 
Qarşılaşma qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. Matçın birinci hissəsində qapılara qol vurulmayıb.
 
Görüşdə hesab 56-cı dəqiqədə açılıb. Bernardeski cərimə zərbəsinini dəqiq yerinə yetirib. Görüşün 86-cı dəqiqəsində isə Qonzalo İquain oyunda son nöqtəni qoyub.
 
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 62-ci çatıran "Yuventus" turnir cədvəlində birinci pilləyə yüksəlib. Turin təmsilçisindən bir oyun az keçirən "Napoli" isə 60 xalla ikincidir. 

 

Digər xəbərlər