Samir Abasov: "Mənə cərimə düşəcək?"

  Bölmə: Ölkə futbolu | 23 | 18:30 10-02-2018
Samir Abasov: "Mənə cərimə düşəcək?"
"Bizim üçün çətin idi. "Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, 3-4 yeni oyunçu götürüblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi.
 
Oyuna yaxşı başladıq. Amma 1 xala şükürlər olsun. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidirlər”.
 
Bu sözləri "Zirə” ilə oyundan (1:1) "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
 
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Özünüz də qeyd etdiz ki, birinci hissədə yaxşı, ikinci hissədə zəif oynadız. Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?
- Ancaq Nicatı azca qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli oynamağa layiq deyil.
 
- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...
- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda tam "Zirə” üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdur. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.
 
- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?
- İndi bu suala "hə” desəm, mənə cərimə düşəcək?
 
- Bəli.
- Yox, narazı deyiləm. 
 
(sportnet)

Digər xəbərlər