"Qarabağ” kimi komandaya qarşı bizim belə oyunçuya ehtiyacımız var"

  Bölmə: Ölkə futbolu | 357 | 23:11 10-02-2018
"Qarabağ” kimi komandaya qarşı bizim belə oyunçuya ehtiyacımız var"
Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Qarabağ”la heç-heçə edən (0:0) "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:
 
- Çox yaxşı komandaya qarşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədi. Rəqibin oyunçularının fərdi ustalıq qabiliyyəti çox yaxşı idi. Ancaq onları zərərsizləşdirə bildik. Nəticəni qənaətbəxş sayıram.
 
- Nəticəni qənaətbəxş saydığınızı dediz. Bura heç-heçə üçün gəlmişdiz?
 
- Əlbəttə, istəyərdik ki, bu matçda təkqapı oynayaq. Bu gün nəticədən razı qaldım. Mən artıq buna cavab verdim. "Qarabağ” da çempion olmaq istəyir. Buna görə, rəqib meydanında heç-heçə yaxşı nəticədi. Komandamdan razı qaldım.
 
- Dabonun zədəsi nə yerdədi?
 
- Hələ ki, heç nə bəlli deyil. Sabah ya birigün onun vəziyyətinə aydınlıq gələcək.
 
- Qış fasiləsində Ekiqo Ehiosu komandanı tərk etsə də, hücum xəttinə transfer edilmədi. Bu, mövsümün gedişində komandaya problem yaratmayacaq ki?
 
- Əlbəttə, bizə hücumameyilli futbolçu lazımdı. Xüsusilə, "Qarabağ” kimi komandaya qarşı bizim belə oyunçuya ehtiyacımız var. Ancaq bu cür futbolçunu tapmaq heç də asan deyil.

Digər xəbərlər