Yunis Hüseynov: "Hər matçımız final olacaq"

  Bölmə: Ölkə futbolu | 28 | 10:40 11-02-2018
Yunis Hüseynov: "Hər matçımız final olacaq"
"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov bu gün Bakıda "Neftçi" ilə keçirəcəkləri Topaz Premyer Liqasının XV tur matçını dəyərləndirib. 
 
53 yaşlı mütəxəssis açıqlamasında oyunun çətin olacağını bildirib. O, sonuncu pillədən qurtulmaq üçün mövsümün ikinci yarısında əllərindən gələni edəcəklərini vurğulayıb: "Hazırda sonuncu yerdə gedirik. Qış fasiləsində heyətimizə yeni oyunçular cəlb edərək, yaxşı hazırlaşmışıq. Fikrimiz son pillədən qurtulmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Hər bir oyun finala bərabər olacaq". 
 
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 17:30-da başlanacaq. (sportnet)

Digər xəbərlər