Samir Əliyev: "Yeni sistemlə çıxış edirik"

  Bölmə: Ölkə futbolu | 438 | 21:59 11-02-2018
Samir Əliyev: "Yeni sistemlə çıxış edirik"
"Səbail"in baş məşqçisi Samir Əliyev səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb... 
 
- Adətən, qonaq komanda mətbuat konfransına daha tez gəlir. Siz isə bir qədər gec gəldiniz. Gecikməyə səbəb nə idi?
- Komanda rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Onlarla danışırdıq. Gecikməyə səbəb bu idi.
 
- Komandadan razı qaldınız?
- Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdür, nəticə də lazımdı, ancaq nəticədən də əsas məsələ komanda formalaşdırmaqdır. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq.
 
- Bu gün yeni sistemlə çıxış etdiniz. Bütün oyunlarda bu sistemdən istifadə edəcəksiniz?
- Çox çətin sistemdir. Hələ bu barədə qərar verməmişəm.
 
- Vüqar Nadirov qol epizodunu qaçırdıqdan sonra onu əvəzlədiniz. Bu, həmin epizodla bağlı deyildi?
- Yox, əvəzetmələri əvvəlcədən planlaşdırmışdıq. İstəyirdim ki, yeni oyunçulara da şans verim.
 
- Bu gün Kərim Diniyevi yeni mövqedə sınadınız...
- Kərim komandaya yeni gələndə onunla danışdıq və o, solda da çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedir. İnanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək.

Digər xəbərlər