Mirabdulla Abbasov: "Neftçi"nin üzərində hər zaman təzyiq var"

  Bölmə: Ölkə futbolu | 573 | 11:01 12-02-2018
Mirabdulla Abbasov: "Neftçi"nin üzərində hər zaman təzyiq var"
Qələbə qazandığımız üçün çox sevinirik. Psixoloji baxımdan çox vacib qalibiyyət idi”.
 
Bunu "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının XV turunda "Kəpəz” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edərkən deyib.
 
Matçda vurulan yeganə qolun müəllifi bildirib ki, "Neftçi”nin üzərində böyük təzyiq var: "Təlim-məşq toplanışındakı oyunlar çox da uğurla getmirdi. Buna görə də təzyiq vardı. Yaxşı oyunla qələbə qazandığımız üçün şadam. Ehtiyatda qalmağım baş məşqçinin seçimidir, hörmətlə yanaşıram. Mənim vəzifəm çıxıb öz işimi  görməkdir.  Bu gün psixoloji cəhətdən çox çətin idi. Amma toparlanıb, yaxşı oyunla qalib gəldik. "Neftçi”nin üzərində hər zaman təzyiq var. Uşaqların daha inamlı oynayacaqlarına inanıram. Növbəti turda "Sumqayıt”la qarşılaşacağıq. Bu rəqibi turnir cədvəlində keçmək üçün əlimizdən gələni edəcəyik”. 
 
Qeyd edək ki, Mirabdulla Abbasov "Kəpəz”lə oyunun 82-ci dəqiqəsində meydana daxil olub və 4 dəqiqə sonra qələbə qoluna imza atıb.

Digər xəbərlər