“Kəpəz” Dario Frederikonun problemini həll etdi

  Bölmə: Ölkə futbolu | 369 | 19:19 12-02-2018
“Kəpəz” Dario Frederikonun problemini həll etdi
"Kəpəz” Topaz Premyer Liqasının XVI turunda "Keşlə” ilə ev oyununda Dario Frederikonun xidmətindən yararlana bilməyəcək. 
 
Bu barədə Sportnet.az-a Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib. O, bildirib ki, Cənubi Koreya Futbol Federasiyası braziliyalı hücumçunun transfer vərəqini göndərib.
 
Qeyd edək ki,  Frederiko qış fasiləsində Cənubi Koreyanın "Sonnam" klubundan "Kəpəz”ə keçib. Braziliyalı forvard transfer vərəqi yubandığı üçün XV turda "Neftçi”yə qarşı səfər matçında iştirak edə bilməyib. 

Digər xəbərlər