"Qəbələ" - "Zirə" matçının vaxtı açıqlandı

  Bölmə: Ölkə futbolu | 15 | 19:19 12-02-2018
"Qəbələ" - "Zirə" matçının vaxtı açıqlandı
Topaz Premyer Liqasında XVI turun oyun cədvəli müyyənləşib. İki gün ərzində reallaşacaq turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 
 
Açılış oyunu həm də turun mərkəzi görüşü statusu daşıyacaq. Fevralın 17-də Qəbələ şəhər stadionunda eyniadlı komanda "Zirə"ni qəbul edəcək. Son qarşılaşma isə ertəsi gün "Bayıl Arena"da "Səbail"lə lider "Qarabağ" arasında olacaq. 
 
17 fevral (şənbə)
"Qəbələ” – "Zirə”
Qəbələ şəhər stadionu, 15:00
 
"Sumqayıt” – "Neftçi”
"Kapital Bank Arena”, 18:30
 
18 fevral (bazar)
"Kəpəz” – "Keşlə”
Gəncə şəhər stadionu, 15:00
 
"Səbail” – "Qarabağ”
"Bayıl Arena”, 17:30

Digər xəbərlər