“Traktorsazi” ÇL-ə məğlubiyyətlə başladı

  Bölmə: Xarici futbol | 462 | 23:42 13-02-2018
“Traktorsazi” ÇL-ə məğlubiyyətlə başladı
Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
 
Təbrizin "Traktorsazi” klubu da bu turnirdə ilk matçını keçirib. Ərtoğrul Sağlamın rəhbərlik etdiyi kollektiv ilk qarşılaşmada doğma meydanda Səudiyyə Ərəbistanın "Əl Əhli” klubu ilə üz-üzə gəlib.
 
Qarşılaşma təbrizlilərin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təbriz təmsilçisi növbəti matçını fevralın 19-da səfərdə "Əl-Qarafa”ya qarşı keçirəcək.

Digər xəbərlər