"İdman vasitəsilə təşviqat bizim üçün çox vacibdir”

  Bölmə: Maqazin | 514 | 23:42 13-02-2018
"İdman vasitəsilə təşviqat bizim üçün çox vacibdir”
"Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə bir sıra irimiqyaslı tədbirlər keçirilib. "Bakı 2015” I Avropa Oyunları, "Bakı 2017” IV islam Həmrəyliyi Oyunları, "Formula-1” üzrə Azərbaycan Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası bu qəbildəndir”. 
 
Bunu gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzində işə başlayan "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfransdakı çıxışında deyib. 
 
Nazir bildirib ki, yarışlardan danışarkən onların qoyduqları irsləri də qeyd etmək lazımdır: "Bura Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası və digərləri daxildir. İnsan faktorunu da unutmamalıyıq. Könüllülər qrupu böyük yarışlarda öz töhfələrini veriblər. Azərbaycan minlərlə turistə qapılarını açıb. Onlar nəinki yarışlara, həmçinin bir sıra bayramları qeyd etmək üçün Azərbaycana gəlirlər. İdman vasitəsilə təşviqat bizim üçün çox vacibdir”.

Digər xəbərlər