Turun təyinatları açıqlandı

  Bölmə: Ölkə futbolu | 20 | 23:44 13-02-2018
Turun təyinatları açıqlandı
Fevralın 14-də futzal üzrə Yüksək Liqada XV turun 2 oyunu keçiriləcək. 
 
Qış fasiləsindən sonra baş tutacaq ilk oyunda əzəli rəqiblər üz-üzə gələcək. CBC Sport kanalında canlı yayımlanacaq matç 14:30-da start götürəcək. Turun ikinci oyununda isə cari mövsümün debütantları qarşılaşacaq. Əvvəlcədən də xəbər verdiyimiz kimi, "Neftçi” – "Yasamal” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb "Neftçi”nin bir neçə oyunçusunun səhhətində problem yaranmasıdır. 
 
Artıq oyunları idarə edəcək hakimlər də müəyyənləşib:
 
"Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Ağarza Rzayev
 
"FK.İD.Futsal” – "Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Şahin Cəfərov

Digər xəbərlər