Bakıda Avroliqa görüşü

  Bölmə: Maqazin | 32 | 23:45 13-02-2018
Bakıda Avroliqa görüşü
2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.
 
Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər. 
 
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.
 
Qeyd edək ki, səfər həftəsonuna qədər davam edəcək.  

Digər xəbərlər