Millidə yeni baş məşqçi təyinatları

  Bölmə: Digər növlər | 684 | 23:48 13-02-2018
Millidə yeni baş məşqçi təyinatları
Karate üzrə Azərbaycan milli komandasının məşqçilər heyətinə yeni təyinatlar olub.
 
Bu barədə qərar Azərbaycan Milli Karate Federasiyasının İdarə Heyətinin, məşqçilərin və milli üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə açıqlanıb. 
 
İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət yığmada baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət millinin baş məşqçisi səlahiyyətlərini isə yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.
 
Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nailiyyətlər qazanmağa yönəldəcəyini söyləyib.

Digər xəbərlər