Orxan Hüseynzadə istefa verdi

  Bölmə: Ölkə futbolu | 4076 | 14:25 16-02-2018
Orxan Hüseynzadə istefa verdi
Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
 
O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.
 
"Neftçi” klubu ona gələcək fəaliyyətində uğurlar arzulayır.
 
Qeyd edək ki, Orxan Hüseynzadə həm də AFFA Klublar Komitəsinin sədridir. 

Digər xəbərlər