"Qarabağ"da hər qələbəyə 300 avro verirlər"

  Bölmə: Maqazin | 478 | 14:26 16-02-2018
"Qarabağ"da hər qələbəyə 300 avro verirlər"
"Hər zaman özümü Avropada sınamaq istəyirdim. Ona görə də "Qarabağ Vyana”nın təklifindən imtina etməməyi qərar aldım. Bu klub keçidim Belarus millisinin sabiq futbolçusu Aleksandr Metlitskinin vasitəçiliyi ilə oldu”.
 
Bunu Avstriyanın III liqasında çıxış edən "Qarabağ” klubunun yeni transferi Aleksandr Kuqan "Xartıya 97” portalına müsahibəsində deyib. Belaruslu futbolçu "Qarabağ”da şərait və infrastrukturun yaxşı səviyyədə olduğunu bildirib. O, klubun 4 il fəaliyyət göstərməsinə rəğmən, tez inkişaf etdiyini söyləyib: "Klubun cəmi 4 yaşı var. Ən aşağı dəstədən başlasa da, hər mövsümdən sonra üst liqaya yüksəlib. İdman nəticələri baxımından "Qarabağ” çox tez inkişaf edib. İnfrastrukturdan danışsaq, elə də yüksək templə irəliləməyib. Lakin yetərincə yaxşı səviyyədədir. Məsələn, paltardəyişmə otağında hər futbolçunun öz rəfi var. Hər məşqdən əvvəl ora geyim dəsti qoyulur. Klubun sərəncamında təbii örtüklü bir meydança var. Həmçinin süni örtüklü və manej tipli üstü örütülü meydança mövcuddur. Komanda indi yeni stadiona köçür. Bunu ona görə edirlər ki, "Qarabağ” kombinasiyalı futbol sərgiləyir. Əvvəlki stadion tələblərə tam uyğun və böyük deyildi. İndiki meydança isə məşqçilərin öz fikirlərini reallaşdırmalarına imkan verir".
"Qarabağ"da hər qələbəyə 300 avro verirlər"
Sonuncu klubu Minsk "Torpedo”su olan 27 yaşlı mərkəz müdafiəçisi "Qarabağ”ın heyətindən də söz açıb. O, deyib ki, heyətin 50 faizi peşəkar futbolçulardan ibarətdir: "Oyunçular arasında sırf futbola köklənənlər də var, paralel olaraq başqa sahədə çalışanlar da. Ümumi nisbət 50/50-dir. "Qarabağ”nı tam peşəkar klub adlandırmaq olmaz. Buna rəğmən, heyətdə Avstriya çempionu olan, Almaniya Bundesliqası və Türkiyə Super Liqasında çıxış etmiş futbolçular var. Məsələn, Ümit Korkmaz Avstriya millisinin heyətində AVRO-2008-də çıxış edib. Komandada bir neçə bu cür yüksək səviyyəli futbolçu var. Onlar layihəyə inanırlar”.
 
"Qarabağ”ın məşq prosesini bəyənən Kuqanın fikrincə, komanda yaxşı baş məşqçiyə sahibdir: "Volkan Kahraman vaxtilə Avstriya milli komandasında çıxış edib. O, ən yüksək səviyyədə oyun təcrübəsinə malikdir. Kahraman gözəl, hücum futbolu sərgiləsin. Lakin Belarusda ikən məşqlərdə daha çox yükləmələrə öyrəşmişdim. Görünür, bu, "Qarabağ"ın heyətindəki bəzi oyunçular məşqlərə gərgin iş səbəbindən gəlmədikləri üçün baş verir. Digər tərəfdən, mənim əlavə məşq etməyimə heç kim mane olmur. Komandamızda baş məşqçi, köməkçi-məşqçi, qapıçılar, müdafiəçilər üzrə məşqçilər və fiziki hazırlıq üzrə mütəxəssis, iki masajçı var. Lakin həkim yoxdur. Kimin səhhətində problem yaransa, klubun əməkdaşlıq etdiyi klinikaya yollanır".
 
Belaruslu legioner "Qarabağ"ın bu yaxınlarda Türkiyənin Antalya bölgəsində keçirdiyi təlim-məşq toplanışından da danışıb: "Antalyada bir həftə olduq. Bu müddətdə hazırlıq prosesi yüklənmələrdən çox komandanın formalaşdırılmasına yönəlmişdi. Üç yoxlama oyunu keçirdik. Açığı, mən təlimlərdə daha sərt işləməyə öyrəşmişdim. Görünür, baş məşqçimiz bir həftəyə 3 oyun səbəbindən komandanı qorumaq istədi. Bu toplanışda cəmi bir ağır oyun oldu. "Qarabağ"da biz polar sistemi ilə çalışırıq. Belarusda klubların heç də hamısı belə sistemdən yararlana bilmir. Hər gün taktiki məşqlərimiz olurdu. Daha çox ünsiyyətdə olurduq. Kollektivin formalaşdırıldığı hiss edilirdi".
 
Kuqan kollektivə uyğunlaşmaqda ciddi çətinlik çəkmədiyini də vurğulayıb: "Mən ingiliscə rahat danışıram. Baş məşqçimiz dörd dildə - almanca, ingiliscə, hollandca və türkcə rahat danışır. "Qarabağ"da çoxları ingiliscə bilir. Lakin əsas ünsiyyət dili alman-türkcədir. Görünür, Avstriyada doğulsalar belə, oyunçularımızın yarısı türk köklərinə malikdir. Ümumilikdə, uyğunlaşma ilə bağlı problem olmadı. Üstəlik, komandada ukraynalı, azərbaycanlı və latviyalı var ki, onlar da rusca bilirlər".
 
Mərkəz müdafiəçisi bildirib ki, Avstriya III Liqasında Avropa Birliyi pasportu olmayanlar legioner sayılırlar: "Yəni, mən, ukraynalı və azərbaycanlı futbolçular. III Liqa komandaları ərazi prinsipləri əsasında 3 zonaya bölünüblər. Hər zonada 16-17 komanda var. Lakin bu il Avstriya futbolunda yenidən təşkilatlanma baş verdi. Bütün liqalarda komanda sayını artırmağı qərara aldılar. Bu səbəbdən, hazırda "Qarabağ"ın daha da irəliləmək imkanı var. II Liqaya hər bir zonadan 2 komanda çıxır. Üçüncü yeri tutanlar arasında isə daha bir vəsiqə uğrunda görüşlər keçirilir”.
"Qarabağ"da hər qələbəyə 300 avro verirlər"
Kuqan "Qarabağ”da "Torpedo"dakından çox qazanacağını söyləyib: "Fikrimcə, Belarusun yüksək liqasındakı hər klub futbolçularına belə maliyyə şərtləri təklif edə bilməz. Üstəlik, müqavilədə mükafat da nəzərdə tutulub. Hər qələbəyə 300 avro alırsan".
 
Avstriyada yaşamağın çox baha başa gəldiyini vurğulayan futbolçu klubun bəzi futbolçularının nəqliyyatın bütün növlərində gediş üçün 365 avroya illik bilet aldıqlarını söyləyib: "Oradakı ərzaqlar Belarusda kifayət qədər ucuzdur. Hər zaman diqqətimi ətə yönəldirəm. Vyanada tapdığım ən ucuz toyuq filesi 5 avroyadır. Nəticəni özünüz çıxarın. Avstriyada ictimai nəqliyyatda gediş çox bahadır. Bir tərəfə gediş 2,4 avrodur. "Qarabağ"ın bəzi futbolçuları nəqliyyatın bütün növlərində gediş üçün 365 avroya illik bilet alırlar. Əlbəttə, "dovşan kimi" də gedə bilərsən. Vyanada biletsiz asanlıqla metroya girə və bir neçə dayanacaqlıq yolu pulsuz gedə bilərsən. Lakin səni tutsalar, 100 avro cərimələyəcəklər. "Qarabağ"da uzun müddətdir oynayanlar deyirlər ki, onlar yarım ildə cəmi bir dəfə "ilişirlər". Mən biletsiz gedəndə özümü elə də rahat hiss etmirəm. Çünki istənilən an salona üzərlərində tanıdıcı əlamətləri olmayan mülki geyimli nəzarətçilər daxil ola bilərlər. Digər tərəfdən, Belarusda 20 sentlik gediş haqqıdan sonra 12 dəfə baha olan biletə pul ödəməyi hər zaman istəmirsən”.
 
Kuqan "Qarabağ"da inkişaf variantının daha böyük olduğunu bildirib: "Hələlik heç nəyə təəssüflənmirəm. Deyərdim ki, belaruslu bir çox futbolçu hazırkı "Qarabağ"ın fonunda daha yaxşı təsir bağışlaya və yerlilərdən daha güclü ola bilərdi. Əlbəttə, Belarusun yüksək liqasında oynayan futbolçunun Avstriyanın aşağı liqasına yollanmasına dəyməz. Lakin hazırda mənim üçün "Qarabağ"da inkişaf variantım daha böyükdür. Üstəlik, gələcəkdə Avropada Avropada qalıb yaşamaq istərdim. Açığı, Belarusda insanların ayda 200-300 dollarla necə yaşamağı bacardıqlarını başa düşmürəm. Avstriyada minimal əmək haqqı 800-900 avrodur və bu, çox şeyi deyir. Üstəlik, Avropada səhiyyə və təhsil daha yüksək səviyyədədir. Bu, məni hər zaman cəlb edib”.
 
Qeyd edək ki, "Qarabağ Vyana”nın heyətində 3 azərbaycanlı futbolçu da yer alıb. Bunlar Elvin Bədəlov, Dimtri Nağıyev və Emil Fərzəliyevdir. (Report)

Digər xəbərlər