Elxan Məmmədov: "İstefalarla heç bir əlaqəm yoxdur"

  Bölmə: Ölkə futbolu | 436 | 12:01 17-02-2018
Elxan Məmmədov: "İstefalarla heç bir əlaqəm yoxdur"
"Kamran Quliyev işsiz deyildi, "Sumqayıt”ın prezidenti vəzifəsini icra edirdi. O, futbol ictimaiyyəti üçün yeni ad da deyil”.
 
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Sumqayıt”ın prezidenti Kamran Quliyevin "Neftçi”də anoloji posta Orxan Hüseynzadəni əvzəlməsinə münasibət bildirərkən deyib.
 
O, bildirib ki, istefalarla heç bir əlaqəsi yoxdur: "Kamran müəllim illərdir ki, "Sumqayıt”a rəhbərlik edib. Bu istefalarla mənim heç bir əlaqəm yoxdur. Bununla bağlı nə deyə bilərəm ki? "Neftçi” və "Sumqayıt”ın rəhbərliyi ilə danışsaz, yaxşı olar”. (yenicag.az)

Digər xəbərlər