Azərbaycanın millisinin heyəti açıqlandı

  Bölmə: Olimpiya Növləri | 821 | 12:03 17-02-2018
Azərbaycanın millisinin heyəti açıqlandı
Boks üzrə Azərbaycan milli komandasının fevralın 19-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq "Strandja” turniri üçün heyəti açıqlanıb.
 
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 69-cu dəfə keçiriləcək yarışda kişi və qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
 
Azərbaycan kişi boksçuların turnirində təmsil olunacaq. Yığmanın məşqçilər korpusu 7 idmançını - Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) sınaqdan çıxaracaq. Fikrət Hacıyev isə hakim kimi rinqə çıxacaq.
 
Yığma Boks Mərkəzindəki təlim-məşq toplanışını fevralın 17-də başa vuracaq və Bolqarıstana yollanacaq.
 
Qeyd edək ki, bir həftəyədək davam edəcək "Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.

Digər xəbərlər