Qara Qarayev: "Onun yeri görünür desəm, komandaya qarşı hörmətsizlik edərəm"

  Bölmə: Ölkə futbolu | 7331 | 12:22 19-02-2018
Qara Qarayev: "Onun yeri görünür desəm, komandaya qarşı hörmətsizlik edərəm"
"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqasının 16-cı turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
Yarımmüdafiəçi öncə oyun haqda danışıb: 
 
- Rəqiblər həmişə bizə qarşı xüsusi hazırlaşır. Bu oyunlara yüksək motivasiya ilə çıxırlar. Bu matçda qələbə qazanmaq istəyirdik. Xal fərqini qoruyub saxlamaq niyyətindəydik. İstədiyimiz nəticəni qazandıq. Həm də bizə qarşı xüsusi aqresiya ilə oynayırlar. Bizim işimiz çox çətindir. Sanki biz daha ağır çempionatda oynayırıq. Rəqiblərimiz isə yox. Bu da normal haldır. Bizim lider olmağımız rəqiblərdə həm həvəs, həm də istək yaradır. Hər kəs futbol oynaya bilir. Artıq TPL-də böyük hesablı qələbə qazanmaq çətindir. Buna baxmayaraq bizim üçün ən vacib olan 3 xal idi. Bunu da qazandıq.
 
- İki oyundur meydana sonradan daxil olursan. Bu nə ilə bağlıdır?
- Antalya toplanışının sonlarında ayağımda ağrılar oldu. Bunu gözləmirdim. Əslində zədə deyildi. Yüklənmədən yaranan bir problemdir. Bunu geridə qoydum. Amma yenə yüngül zədələndim. Bu əsasən zədə ilə bağlı idi. Baş məşqçi də risk eləmək istəmirdi. Mən isə meydana çıxmaq, oynamaq istəyirdim.
 
- Bu gün rəqibiniz sərt oyuna üstünlük verirdi. Bu sizin üçün təhlükəli deyil? 
- Bu bizə başqa komandaların da eyni cür oynayacağından xəbər verir. Biz də buna hazırıq.
 
- Bu gün Mahir Mədətov real qol epizodarından istifadə edə bilmədi. Belə olan halda Dinonun yoxluğu hiss olunurmu? 
- Onun yeri görsənir desəm, komandaya qarşı hörmətsizlik edərəm. Baş məşqçimiz onun getməyini məsəhət görüb. O daha yaxşı bilir ki, onun faydası olacaq, yoxsa yox. Dinonun komandada olmağı bizə faydalı idi. Onun yoxuğu isə bizə problem yaratmır. Komanda pis oynamır. Baş məşqçinin qərarıdır. Qurban müəllim bu haqda da yetərincə danışıb. Bu barədə danışmaq fayda verməz.
 
- Çempionlar Liqasının oyunlarında çıxış etdin. "Qarabağ”dan isə ayrılmırsan. Avropadan təklif yoxdur? 
- Təklif yoxdur.
 
- Olsa, dəyərləndirərsən? 
- Əslində təkliflər olmuşdu. Mən qərar verməmişdən öncə milli komandanı fikirləşirəm. Ölkəmi fikirləşirəm. Ölkə futboluna xeyir vermək istəyirəm. Bizim futbol adına yaxşı təklif deyildi. "Qarabağ” mənim üçün yaxşıdır. Hazırki klubum avrokuboklarda çıxış edir. Burda qalmağı seçdim. Başqa təkliflər olsa dəyərləndirmək istəyərəm. Çempionatımızda az komanda var. Ona görə də təkliflər azdır.
 
- Dediyin təklifləri tramplin kimi istifədə edə bilməzdin? 
- Ola bilərdi. O təklif 3-4 il bundan öncə olsaydı. Gedib orda iki il oynasam cavan sayılmayacam. Alınmasa nə ola bilərdi? Burda isə stabil oynaya bilirəm.

Digər xəbərlər