İdmançımızın olimpiadada çıxış edəcəyi yarışın püşkü atıldı

  Bölmə: Olimpiya Növləri | 628 | 22:26 21-02-2018
İdmançımızın olimpiadada çıxış edəcəyi yarışın püşkü atıldı
Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Patrik Braxnerin çıxış edəcəyi dağ xizəkçiliyinin slalom növü üzrə yarışın püşkü atılıb.
 
Bu barədə  Azərbaycanın şef de-missionu Anar Bağırov bildirib. Onun sözlərinə görə, 26 yaşlı idmançı fevralın 22-də 68-ci sırada mübarizəyə qoşulacaq. Ümumilikdə isə bu növ üzrə 108 iştirakçı olacaq.
 
Qeyd edək ki, slalomçuların birinci keçidi sabah yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 5:00-da), medalçıların müəyyənləşəcəyi ikinci keçidi isə 13:30-da (8:30-da) olacaq.(REPORT)

Digər xəbərlər