İdmançımız olimpiadada finişə çata bilmədi

  Bölmə: Olimpiya Növləri | 603 | 12:13 22-02-2018
İdmançımız olimpiadada finişə çata bilmədi
Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.
 
Dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.
 
Yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Onlar medalçıların müəyyənləşəcəyi ikinci keçidə qatılacaqlar.

Digər xəbərlər