Azərbaycan boksçusu bürünc medal qazand

  Bölmə: Olimpiya Növləri | 231 | 21:24 25-02-2018
Azərbaycan boksçusu bürünc medal qazand
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb.
 
Bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb.
 
Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb. Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

Digər xəbərlər