Millimiz 2 medalla 11-ci oldu

  Bölmə: Olimpiya Növləri | 761 | 10:22 26-02-2018
Millimiz 2 medalla 11-ci oldu
Almaniyanın Düsseldorf şəhərindəki cüdo üzrə "Böyük Dəbilqə" turnirini Azərbaycan millisi 2 medalla başa çatıb.
 
Sonuncu yarış günündə qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska bürünc medal qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib. Kindzerska 2 həftə əvvəl Fransanın paytaxtı Parisdə keçirilmiş "Böyük Dəbilqə"də də "bürünc" əldə edib.
 
Düsseldorfda digər medalı ötən gün Rüstəm Orucov qazanıb. 73 kq çəkidə yer alan cüdoçu gümüş medala sahib çıxıb. Digər cüdoçulardan ən yaxşı nəticəni Vüqar Şirinli (60 kq) və Elmar Qasımov (100 kq) göstərib. Onlar 7-ci yeri tutublar.  
 
Ümumilikdə Azərbaycan yığması 65 ölkə arasında 11-ci, kişilərin mübarizəsində 5-ci, qadınların yarışında 14-cü olub. 

Digər xəbərlər